!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

TV açmaq üçün 50 min lazımdır - Qanun dəyişdi

!Reklam – Yazi

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər edilməsi müzakirə olunub.

Lisenziyalar üzrə dövlət rüsumlarının məbləğlərində dəyişiklik edilib. Belə ki, əvvəllər dövlət rüsumu 22 min manatdan çox deyildisə, indi artıq 1 mln. manat məbləğdə rüsuma rast gəlmək olar.

Mobil rabitə xidmətləri (texnioloji standartın adı göstərilməklə) üçün 1 mln. manat dövlət rüsumu nəzərdə tutulub.

Teleradio yayımı üçün ümumrespublika televiziya yayımı üçün 50 min manat, Bakı şəhəri üzrə TV yayımı üçün 22 500 manat, regional TV üçün 1 500 manat, ümumrespublika radio yayımı üçün 2 500 manat, Bakı şəhəri üzrə 1 250 manat, regional radio yayımı üzrə 500 manat nəzərdə tutulub. Rüsumlar lisenziya Bakıda oduqda 100% həcmində, regionlarda olduqda 50% ödənilir.

Bundan başqa, rüsumların ödənilməsi qaydasında dəyişiklik edilib. Dəyişiklik səsverməyə çıxarılaraq qəbul olunub.

Yenicag.az

www.yenicag.az

671
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv