!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Twitter” niyə çökdü? – Nazirlikdən açıqlama (Yenilənib)

!Reklam – Yazi

“Twitter”in fəaliyyəti artıq bərpa olunub.

Bu barədə  Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilb ki, sosial şəbəkəyə daxil olmaq mümkündür.

““Twitter”ə daxil olmaq artıq mümkündür. Qısa müddətli araşdırma zamanı məlum olub ki, problem bizim seqmentdən qaynaqlanmayıb”.

“Twitter”-də çalışan azərbaycanlı Tural Bədirxanlı isə bildirib ki, problemin Azərbaycanla əlaqəsi yoxdur, bu, ümumi problemdir.

Qeyd edək ki, “Twitter” ə dünya səviyyəsində 5 dəqiqəlik daxil olma problemi yaşanıb. Problemin ardından sosial şəbəkənin dil tərcüməsi funksiyası işləmir.

***

Azərbaycanda “Twitter” mikrobloquna girişdə problem yaranıb.

Bu barədə mikrobloq istfadəçiləri məlumat verib. Bildirilib ki, bir saata yaxındır “Twitter”ə giriş mümkün deyil.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, problemin hansı səbəbdən qaynaqlandığı araşdırılır. Hələlik bu haqda məlumat vermək tezdir.

***

İstifadəçilərin bildirdiyinə görə, “Twitter”ə giriş problemi aradan qaldırılır və artıq sosial şəbəkəyə daxil olmaq nisbətən mümkündür. Problemin hansı səbəbdən qaynaqlandığı məlum deyil. Türkiyə KİV-lərində yer alan xəbərlərə görə, “Twitter” bütün dünyada dayanıb.

www.yenicag.az

482
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv