“Twitter”dən 50 milyon dollar qazanan azərbaycanlı BDU tələbələrinə uğurun sirrlərini açdı – FOTOLAR

Müəllif: Redaktor

Editor

b58f29d2-ea8e-4b68-8141-1e2a3555cac5BDU-da Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən “İKT Klubu”nun təşkilatçılığı ilə “Twitter” sosial şəbəkəsinə “Namo Media” layihəsini satmaqla 50 milyon dollar qazanan Tural Bədirxanlı tələbələrlə görüşüb.

“İKT Klubu”nun sədri qonağı və tədbirin digər iştirakçılarını salamlayaraq rəhbərlik etdiyi klubun bu günə qədər gördüyü işlərdən söz açıb. Qonaq öz uğuru və xaricdəki proqramçıların işləri barədə danışıb

Onun fikrincə, Azərbaycanda orta təhsil heç də xarici ölkələrin orta təhsilindən geridə qalmır.
“Mən bilirəm ki, buradakı tələbələr çox savadlıdır, çünki BDU-ya düşmək üçün xeyli bal lazımdır. Üzərinizə çalışın, potensialınızı inkişaf etdirin”, – deyə Bədirxanlı qeyd edib.
Gənc proqramçı “Twitter”də həyata keçirdiyi layihələrdən danışaraq onların hazırlanması yollarını izah edib.

 


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir