!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Twitter”in texniki direktoru işdən çıxdı

!Reklam – Yazi

adammessincer“Twitter” şirkətinin texniki direktoru Adam Messincer tutduğu postu tərk edib.

Yenicag.az-ın “İKT.lent.az”-a istinadən məlumatına görə, bu barədə “Twitter”in texniki direktoru özünün mikrobloqdakı səhifəsində məlumat verib.

Messincerin sözlərinə görə, şirkətdə işlədiyi 5 il müddətdən sonra fasilə vermək niyyətindədir. Mütəxəssis əməkdaşlığa görə resursun komandasına minnətdarlığını bildirib, həmçinin Cek Dorsiyə işləmək imkanı verdiyi üçün təşəkkür edib.

Xatırladaq ki, Adam Messincer əvvəl qərarların inkişafı üzrə vitse-prezident vəzifəsində çalışıb, sonradan isə “Twitter”in texniki direktoru vəzifəsinə keçib.

Messincer bildirib ki, hazırda dincəlməyə ehtiyacı var və bu zaman yeni qərarların qəbulu və axtarışı ilə məşğul olacaq.

Yenicag.az

www.yenicag.az

539
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv