“Uşaq hüquqları haqqında” məcəllə hazırlanır

“Uşaq hüquqları haqqında” məcəllə hazırlanır

Müəllif: Manager

Baş Redaktor

sadik_child_251013Azərbaycanda “Uşaq hüquqları haqqında” məcəllə və ailə strategiyasının layihəsi hazırlanır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova Trend-ə bildirib ki, hazırda bu istiqamətdə işlər aparılır.

Bu sənədlərin “Azərbaycan 2020: Gələcəyə baxış” konsepsiyasına uyğun olaraq, hazırlandığını deyən T.İbrahimova bildirib ki, uşaq məcəlləsinin hazırlanmasında əsas məqsəd uşaq hüquqlarının müdafiə mexanizmini gücləndirilməkdır.

Onun sözlərinə görə, uşaq hüquqlarının müdafiə mexanizmini gücləndirmək lazımdır, çünki bu sahədə müəyyən boşluqlar var: “Nəzərdə tutulub ki, bu məcəllə hazırlanarkən heç bir məsələ nəzərdən kənarda qalmasın. Məcəllə sadəcə, bəyanat xarakterli olmasın. Konkret qurumlar bu sahədə öz üzərlərinə düşən işləri dəqiqliklə bilsinlər. Bununla da uşağın müdafiə mexanizmi beynəlxalq konvensiyaların bizdən tələb etdiyi kimi – daha güclü olsun”.

Cəmiyyət

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti