www.sinerjipro.net

SinerjiProWide

U-23 AÇ-2017: yunan-Roma güləşçilərimiz komanda hesabında 3-cü oldu - FOTO

Reklam

Macarıstanın Szombathely şəhərində güləş üzrə U-23 Avropa çempionatı başa çatıb.

Yeniçağ.Az-ın Azərbaycan Güləş Federasiyasının saytına istinadən verdiyi məlumatına görə, güləşçilərimiz çempionatı ümumilikdə 5 qızıl, 1 gümüş və 5 bürünc medalla tamamlayıb.

İlk iki yarış günündə sərbəst güləşçilər yarışıb. Yığmamızın üzvləri 2 qızıl və 3 bürünc medala sahib olub. Teymur Məmmədov (63 kq) və Hacımurad Ömərov (70 kq) qızıl medala yiyələnib. Əli Rəhimzadə (61 kq), İsmayıl Abdullayev (74 kq) və Kənan Əliyev (86 kq) isə bürünc medal qazanıb. Komanda hesabında sərbəst güləşçilərimiz Rusiya, Gürcüstan və Türkiyədən sonra 4-cü sırada qərarlaşıb.

Qadın güləşçilərimiz isə çempionatı 1 gümüş və 1 bürünc medalla başa vurub. Leyla Qurbanova (53 kq) gümüş, Alyona Kolesnik (58 kq) isə bürünc medala sahib olub. Qadın güləşçilərimiz komanda hesabında 7-ci olub.

Son iki yarış günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz çempionatı 3 qızıl və 1 bürünc medalla başa vurub. Qızıl medalları yığmamıza Murad Məmmədov (59 kq), İslambek Dadov (71 kq) və Orxan Nuriyev (98 kq) qazandırıb. Bürünc medala isə 80 kq-da mübarizə aparan Eltun Vəzirzadə sahib olub.

Bu nəticə ilə yığmamız 42 xal toplayıb və komanda hesabında 3-cü pillədə qərarlaşıb. 47 xal toplayan Gürcüstan komandası birinci, 45 xal toplayan Rusiya idmançıları isə ikinci yeri tutub. Məlumat üçün bildirək ki, nə Rusiya, nə də Gürcüstan yunan-Roma komandası çempionatda qızıl medal qazana bilməyib.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 103
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.