!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Üç məktəbli müəllimi öldürdü

!Reklam – Yazi

cinÇinin cənubunda yaşları 11-dən 13-ə qədər olan üç yeniyetmə qarət zamanı müəllimi öldürüblər. İnsident oktyabrın 18-də Xunan əyalətində baş verib. İbtidai məktəbin yaxınlığında gəzişən şagirdlər onlara bir müəllimin nəzarət etdiyini görüblər. bundan sonra qadına hücum çəkib qarət etmək qərarına gəliblər.

Onlar əvvəlcə 52 yaşlı müəllimi dəyənəklə vurublar, sonra ağzına tıxac soxub ayaqyoluna atıblar, qadın orada keçinib. Bundan sonra yeniyetmələr onun mobil telefonunu və 2 min yuan pulunu ələ keçiriblər. Cinayətkar məktəblilər səhəri gün həbs ediliblər.
Yeniyetmələrin valideynlərinin Çinin iri şəhərindəki sənaye müəssisələrində çalışdıqları bildirilir.Çində hazırda yeniyetmələrin törətdikləri cinayətlər ciddi sosial problemə çevrilib.

www.yenicag.az

528
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv