!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Üç ölkənin XİN rəhbərinin görüşü keçiriləcək - Yenilənib

!Reklam – Yazi

“Azərbaycan və Gürcüstan arasında strateji əməkdaşlıq məsələrini müzakirə etdik”

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda gürcüstanlı həmkarı Mixail Canelidze ilə birgə keçirdiyi brifinqdə deyib.

“Azərbaycan və Gürcüstan arasında enerji, iqtisadiyyat, nəqliyyat və s. məsələlər müzakirə olunub. Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin bu il istifadəyə verilməsi gözlənilir. Bu layihə həm Azərbaycanın, həm də Gürcüstanın iqtisadiyyatının inkişafına təkan verəcək”.

Məmmədyarov bildirib ki, Azərbaycan,Türkiyə və Gürcüstan XİN rəhbərlərinin görüşünün bu ilin altı ayı ərzində keçirilməsi planlaşdırılır: “Nazirlə regionda olan münaqişələri də müzakirə etdik. Beynəlxalq birlik və təşkilatlarda Azərbaycan Gürcüstanın ərazi, Gürcüstan da Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir”.

Yeniçağ.az

www.yenicag.az

562
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv