Ucarda 53 yaşlı qadın intihar edib

Ucarda 53 yaşlı qadın intihar edib

Müəllif: resul

Editor

Ucar rayonunda intihar hadisəsi baş verib.

Yeniçağ.Az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Qaracallı kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1964-cü il təvəllüdlü Aidə Əbdürrəhmanova özünü asaraq intihar edib. Onun hansı səbəbdən intihar etməsi hələlik məlum deyil.

Əlli üç yaşlı təqaüdçü qadın ailə həyatı qurmadığından tək yaşayırmış. Məlumata görə, A. Əbdürrəhmanova bir qədər əvvəl əsəb xəstəliyindən müalicə olunub.

Faktla bağlı araşdırma aparılır.

Yeniçağ.Az

Xəbərlər, Kriminal

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti