!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ucarda ər-arvad güllələndi

!Reklam – Yazi

142160_res_01Ucar rayon sakini həmkəndlilərini güllələyib.

Rayon Polis Şöbəsindən APA-ya verilən xəbərə görə, hadisə rayonun Yuxarı Şilyan kəndində baş verib. Kənd sakini, 1963-cü il təvəllüdlü Daşqın Muxtar oğlu Həsənov həmkəndliləri – 1985-ci il təvəllüdlü Aqil Şəmsəddin oğlu Fərzəliyevə və onun həyat yoldaşı, 1990-cı il təvəllüdlü Günel Qalib qızı Fərzəliyevaya ov tüfəngindən açdığı atəşlə xəsarət yetirib. Xəsarət alan şəxslər təcili Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərildikdən sonra hər ikisi müalicə olunmaq üçün Bakıya göndərilib.

Məlumata görə, D. Həsənovun çaqqala atdığı güllə təsadüfdən qonşularına dəyib. Hadisəni törədən şəxs saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.

www.yenicag.az

540
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv