!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Üçmərhələli əməliyyat başladı -– İki general rəhbərlik edir

!Reklam – Yazi

60037Türkiyənin Şırnak vilayətinin Silopi və Cizrə mahallarında 250 terrorçunun zərərsizləşdirilməsi üçün əməliyyat keçirilir.

Silopi və Cizrə başda olmaqla Cənubi-şərqi Anadolu bölgəsində ötən gecə başlayan əməliyyatlara iki general komandanlıq edir.

Əməliyyatlara Şırnakda yerləşən Çakırsögüt Jandarma Komando Briqadası ilə Silopidəki 172-ci Zirehli Briqadasının tərkibindəki batalyonlar qatılıb. Bölgədəki jandarma xüsusi əməliyyat birlikləri də iki briqadanın tərkibində əməliyyatlarda iştirak edir. Əməliyyatlara ümumilikdə 10 min təhlükəsizlik əməkdaşı qatılıb.

Silopidə təxminən 100, Cizrədə isə 150 PKK-çının olduğu bildirilir. Əməliyyatlar 3 mərhələdən ibarət olacaq. İlk mərhələdə PKK-nın barrikadalar və xəndəklərə yerləşdirdiyi bombalar məhv ediləcək, ikinci mərhələdə mahallar terrorçulardan təmizlənəcək, üçüncü mərhələdə isə bütün evlərin axtarışlar aparılacaq.(publika)

www.yenicag.az

589
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv