!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Uçqun zamanı 2 yaşlı qız və 2 aylıq oğlan ölüb

!Reklam – Yazi

Lerikin Orand kəndində qar uçqunu təxminən saat 10-11 radələrində baş verib/

Bu barədə uçqun nəticəsində evi dağılmış kənd sakini Əhliman Mustafayevin oğlu Hamil Mustafayev deyib.

“Hadisə saat 10-11 radələrində baş verib. Qarın ağırlığından evin damı uçub, 5 nəfər damın altında qalıb. Həmin ev bir-iki il əvvəl tikilmişdi. Uçqun altında qalaraq ölən uşaqlardan biri 2 yaşlı qız, digəri isə 2 ay yarımlıq oğlandır. Onlar qardaşım uşaqlarıdır”.

H.Mustafayev bildirib ki, hadisə barədə lazımı qurumlara məlumat verilsə də, onlara yardım edən olmayıb: “Hadisə olan kimi Qaynar xəttə, rayon fövqəlada hallar komissiyasına müraciət etdim. Yollar bağlı olduğundan hələ heç kim gələ bilməyib. Mənə helikopter və texnika göndərəcəklərini bildirmişdilər. Hələ də bir xəbər yoxdur. Sağ qalan uşağın vəziyyəti ağırdır. Meyitləri evdən çıxartmışıq”.

Qeyd edək ki, bu gün Lerik rayonunun Orand kəndində qar uçqunu olub. Qar yığını kənd sakini Mustafayev Əhliman Həbulla oğluna məxsus evin üzərinə düşüb. Hadisə nəticəsində ev sahibi Ə.Mustafayevin həyat yoldaşı, gəlini və 2 azyaşlı nəvəsi ölüb. Bir azyaşlı ilə xəsarət alıb.

Yeniçağ.az

www.yenicag.az

613
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv