59088_fbpapvuq7sTürkiyənin tanınmış jurnalisti Uğur Dündar ötən il çap olunmuş köşə yazısında dənizçilik və ictimaiyyətlə əlaqələr naziri Binali Yıldırmı təhqir etdiyi üçün 11 ay 20 gün həbsə məhkum edilib.

Məhkəmə prosesində Yıldırım və Dündar özləri iştirak etməyiblər. Jurnalistin vəkili Ceren Yakışır məhkəmədə yazıda hər hansı təhqiramiz ifadə olmadığını iddia etsə də, müvəkkilinin cəza almasına mane ola bilməyib.

Məhkəmə Uğur Dündarın daha əvvəl də məhkum olunmasını nəzərə alaraq hökmün oxunuşunun təxirə salınmamasına qərar verib.

Məhkəmə eyni zamanda, yenidən hər hansı səhvə yol verməyəcəyi qənaətinə gələrək həbs cəzasının təxirə salınmasına və 1 il sınaq müddətinin təyin olunmasına hökm verib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 14
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."