!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ukrayna dünya çempionatının Rusiyada keçirilməsini istəmir

!Reklam – Yazi

2218482_w2Ukrayna Futbol Federasiyasının prezidenti Andret Pavelko 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatına mümkün səfərindən danışıb.

Yeniçağ.Az “Report”a istinadən xəbər verir ki, A.Pavelko mundialın Rusiyada keçirilməsini istəmədiklərini bildirib.
O, dünya çempionatında iştirak etmək niyyətində olduqlarını da söyləyib: “Dünya çempionatında çıxış etməyi çox istəyirik. Hələ mundiala vəsiqə qazanıb-qazanmadığımız məlum deyil. İlk olaraq bunu həll edək. Daha sonra gedib-getməyəcəyimizə qərar verərik. Vəsiqə qazanacağımız təqdirdə Rusiyaya getməklə bağlı qərarı federasiyanın İcraiyyə Komitəsi verəcək. Ancaq dünya çempionatının Rusiyada keçirilməsini istəmirik”.

A.Pavelko 2017-ci il sentyabrın 2-də Türkiyə ilə evdə keçiriləcək seçmə mərhələ oyunundan da söz açıb: “Türkiyə ilə oyuna hazırlaşmalıyıq. Heç bir qanun pozuntusunun qeydə alınmaması üçün səfirlik və yerli nümayəndələrlə birgə işləyirik. Oyunun hansı stadionda keçirilməsinə İcraiyyə Komitəsi qərar verəcək. Bütün mümkün variantları müzakirə edəcəyik. Təhlükəsiz məkanı seçəcəyik. Bu oyun bütün lazımi orqanların diqqət mərkəzində olacaq”.

Yeniçağ.Az

www.yenicag.az

504
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv