!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ukrayna “Eurovision”a Rusiyanı təmsil edən müğənnini buraxmayacaq

!Reklam – Yazi

Bu il Ukraynada keçiriləcək “Eurovision” Mahnı Müsabiqəsinə Rusiyanı təmsil edən müğənni Yulii Samoylovoy buraxılmayacaq.

Yeniçağ.az xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidməti Aparatının rəhbəri Aleksandr Tkaçuk bu gün keçirdiyi mətbuat konfransında bildirib ki,  Ukrayna Təhlükəsizlik Xidməti Y. Samoylovoyun Ukrayna ərazisinə girişinin qadağan edilməsi barədə sənəd hazırlayıb.

Sənəd 3 il ərzində Y. Samoylovoyun Ukrayna ərazisinə daxil olmasına qadağanı nəzərdə tutur. Buna səbəb müğənninin 2015-ci ildə Krımda konsertdə iştirak etməsidir.

Qeyd edək ki, Ukrayna Nazirlər Kabinetinin qərarına əsasən Krıma səfər etmək istəyən xaricilər bunun üçün rəsmi Kiyevdən xüsusi icazə almalıdır.

Yeniçağ.az

www.yenicag.az

714
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv