!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna hökuməti bu gün istefaya göndərilə bilər

!Reklam – Yazi

arseniy-yatsenyuksedrf7Yaxın saatlarda Ukrayna hökuməti etibarsızlıq rəyi ala və istefaya göndərilə bilər.

Bu gün baş nazir Yatsenyukun Ali Radaya gələrək Nazirlər Kabinetinin işi haqqında məruzə ilə çıxış edəcəyi gözlənilir.

Ekspertlər əmindirlər ki, Ukrayna Baş naziri Arseni Yatsenyuk parlamentdə çox soyuq qarşılanacaq. Artıq koalisiya əksəriyyətinə daxil olan dörd fraksiyadan üçü hökumətin fəaliyyətini qeyri-qənaətbəxş hesab edir. Fraksiyalardan ən böyüyü və əvvəllər Yatsenyuka qarşı loyal olan Petro Poroşenkonun Bloku dünən iclasda hökumətin istefa verməsi lehinə səsvermək qərarına gəlib. Məsələ səsverməyə çıxarılacaq.

Kabinetin hazırki heyətinə qarşı imza toplanmasını “Batkivşina” və “Samomopoş” partiyalarının deputatları həyata keçirirlər. Yatsenyuk və onun komandasının işini Urayna xalqı da uğursuz adlandırır. Sosioloji sorğuların nəticələrinə görə, əhalinin 70%-dən çoxu belə hesab edir.

Ukrayna KİV-ləri yazır ki, artıq prezident Poroşenko Yatsenyuku vəzifədən çıxarıb-çıxarmamağı düşünmür, fəal şəkildə onun yerinə namizəd axtarır.

www.yenicag.az

451
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv