www.sinerjipro.net

SinerjiProWide
Reklam

“Rusiyanın neft şirkəti “Qazprom”a Ukraynanın keçmiş hökumət başçısı Yuliya Timaşenkonu vermək lazımdır”.

Yeniçağ.az Oilgas.az-a istinadən xəbər verir ki, belə bir təkliflə Ukraynanın hazırki Baş naziri Vladimir Qroysman çıxış edib. Onun sözlərinə görə, Stokholm məhkəməsində Rusiya şirkətinə qarşı məğlub olduqda Ukrayna üçün yeganə variant məhz budur:

“Əgər biz qalib gəlsək, Ukraynaya münasibətdə ədalət bərpa olunacaq.Yox, əgər məhkəmə başqa qərar qəbul etsə, bu, 10 milyardlarla dollar deməkdir. Fikrimcə, biz bu məbləği ödəyə bilmərik. Çünki bu, Timoşenkonun imzaladığı müqavilənin nəticəsidir”.

Qroysman belə olan halda Timoşenkonu pul əvəzinə “Qazprom”a verməyi təklif edib:
“Əgər o imzalayıbsa, özü də məsuliyyət daşısın. Nə üçün bunu Ukrayna vətəndaşları ödəməlidir? Başqa variant yoxdur”.

Xatırladaq ki, “Qazprom” 2013-2014-cü ildə tədarük edilən neftin borcuna görə 2014-cü ildə “Naftoqaz”la bağlı Stokholm arbitraj məhkəməsinə müraciət edib.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 30
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."