www.sinerjipro.net

SinerjiProWide
Reklam

89401Ukrayna prezidenti Petro Poroşenko danışıqlar yolu ilə atəşkəsə nail olmaq üçün Minskə yola düşüb. Bu barədə məlumat prezidentin rəsmi saytında yerləşdirilib.

Poroşenko bu gün “normand formatı”nda Almaniya, Fransa və Rusiya liderləri ilə görüşəcək. Ukrayla prezidenti dünənki bəyanatında görüş zamanı ölkəsi üçün qeyri-şərtsiz sülh istəyəcəyini açıqlamışdı:

“Biz hər hər hansı şərt olmadan sülh istəyirik. Biz atışmanın dayandırılmasını, xarici qoşunların çıxarılmasını, sərhədin bağlanmasını tələb edirik. Burada onların işi yoxdur. Bizim heç bir daxili münaqişəmiz yoxdur. Ölkə daxilində özümüz razılıq əldə edə bilərik. Biz sülhü, Kramatorsk şəhərində dincliyi, Ukraynanı qorumalıyıq”.

Qeyd edək ki, Poroşenko bu gün gecə bombardmana məruz qalan Kramatorsk şəhərini ziyarət etmişdi. Son məlumata görə, orada ölənlərin sayı 16-a çatıb, 64 nəfərin isə yaralı olduğu bildirilir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 54
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."