azerbaycan_ukrayna_211216_01

Kiyevdə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin İdarə Heyəti və regional təşkilat rəhbərlərinin toplantısı keçirilib.

Yenicag.az xəbər verir ki, tədbirdə Konqresin gələcək fəaliyyət proqramı müzakirə edilib, yeni inkişaf strategiyası, müasir tələblər nəzərə alınmaqla nizamnamədə edilən bir sıra dəyişikliklər açıqlanıb.

Görüşdə iştirak edən Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Azərbaycanın dövlət strategiyasında milli diasporumuzun inkişaf etdirilməsinin əsas prioritetlərdən biri olduğunu qeyd edib. O, Azərbaycan həqiqətlərinin,xüsusilə də Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan diasporunun üzərinə düşən tarixi missiyadan bəhs edib.Ukraynada fəaliyyət göstərən Azərbaycan icmalarını birlik və həmrəyliyə çağıran Azər Xudiyev Azərbaycanın milli dövlətçilik məfkurəsi istiqamətində fəaliyyət göstərən hər bir soydaşımıza səfirlik tərəfindən dəstək göstəriləcəyini vurğulayıb. Çıxışının sonunda səfir Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni il münasibətilə tədbir iştirakçılarını təbrik edib.

Sonra Konqresin yeni nizamnaməsi ilə bağlı müzakirələr aparılıb.Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK)sədri Rövşən Tağıyev Ukraynada fəaliyyət göstərən Azərbaycan diasporunun fəaliyyətinin təkmilləşdirilməsi və müasir dövrün tələblərinə uyğun qurulması üçün yeni inkişaf proqramının hazırlandığını bildirib. Rövşən Tağıyev Ukraynanın 24 vilayətində fəaliyyət göstərən BUAK-ın regional təşkilatlarının vahid mərkəzdən idarə olunması,gələcəkdə Ukraynanın seçkili orqanlarına, dövlət və hökumət strukturlarına inteqrasiya mexanizminin tətbiq olunması üçün Konqresin nəzdindənüfuzlu şəxslərdən,elm və iş adamlarından ibarət parlamentin yaradılması məqsədilə qurumun nizamnaməsində dəyişiklik edilməsinin vacibliyini vurğulayıb. O, bilidiribki,nizamnaməyə əsasən, Konqresin parlamenti ildə ən azı iki dəfə toplaşaraq milli diasporun qarşısında duran məsələləri müzakirə edəcək.Ukrayna üzrə parlamentin hər vilayətdən bir nəfər olmaqla 30 nəfər üzvü seçiləcək.

 

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 25
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."