107964_res_01Ukrayna Ali Radasının binası qarşısında baş verən iğtişaşlar zamanı hüquq-mühafizə orqanlarının ən azı 40 əməkdaşı müxtəlif dərəcəli xəsarət alıb.

Etirazçılardan azı 10 nəfər yaralanıb, onlar əsasən baş nahiyəsindən xəsarət alıblar.

Təqribən 200 nəfər ölkə Konstitusiyasına dəyişikliklər edilməsi əleyhinə nümayişi davam etdirir. Hərçənd Ukrayna parlamenti həmin dəyişiklikləri I oxunuşda dəstəkləyib və işini bu gün başa çatdırıb.

Nümayişçilər deputatları dəyişiklikləri qəbul etməməyə və ölkə prezidentini səlahiyyətlərini dayandırmağa çağırırlar.

Nümayişçilər dava əvvəl parlament binasına zorla girməyə cəhd göstərmişdilər.

Baş verən toqquşma zamanı Milli Qvardiyanın 20 döyüşçüsü yaralanıb, onlardan 2-nin vəziyyəti ağırdır.

Ukrayna Daxili İşlər Nazirliyinin Kiyev şəhəri üzrə İdarəsinin rəisi Aleksandr Tereşuk isə bildirib ki, iğtişaşlar zamanı ümumilikdə təqribən 100 nəfər xəsarət alıb.

Kiyevin meri Vitali Kliçko bildirib ki, parlament binası qarşısındakı iğtişaşlar zamanı hərbçilər arasında həlak olanlar var.

V.Kliçko jurnalistlərə həlak olanlar barədə məlumatı olduğunu deyib: “Kiyevdə asayişi qoruyan Milli Qvardiya batalyonu, gənclər həlak oldu”.

Qeyd edək ki, Ukrayna Konstitusiyasına dəyişikliklərlə bağlı səsvermədən sonra Ali Radanın binası qarşısında baş verən iğtişaş zamanı təqribən 100 nəfər xəsarət alıb.

Ukrayna Ali Radasının binasını qoruyan polislərə qumbara atan şəxs saxlanılıb. Bunu Ukrayna Daxili İşlər Nazirliyinin Kiyev şəhəri üzrə İdarəsinin rəisi Aleksandr Tereşuk deyib.

Onun sözlərinə görə, hazırda saxlanılanın şəxsiyyəti müəyyənləşdirilir.

Qeyd edək ki, Ali Radanın binası qarşısında ölkə Konstitsusiyana dəyişikliklər edilməsi əleyhinə 3 mindən çox şəxsin iştirakı ilə nümayiş keçirilir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 15
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."