www.sinerjipro.net

SinerjiProWide
Reklam

img1749588Fevralın 13-də Ukrayna prezidenti Petro Poroşenko Gürcüstanın keçmiş lideri Mixail Saakaşvilini özünə məsləhətçi və İslahatlar üzrə Beynəlxalq Məşvərətçi Şuranın sədri təyin edib.

Bu arada Ukrayna Baş Prokurorluğu Gürcüstanda axtarışa elan olunmuş Saakaşvilinin Gürcüstana ekstradisiyası barədə rəsmi Tiflisin sorğusuna rədd cavabı verib.

BBC-nin Ukrayna xidmətinə müsahibəsində Mixail Saakaşvili Ukraynada islahatların keçirilməsinə necə yardım edəcəyi barədə danışıb. Mixail Saakaşvili ilə Vyaçeslav Şramoviç söhbət edib.

-İslahatlar şurasında nə iş görəcəksiniz?

– Prezident Poroşenko ilə bu barədə söhbətimiz olub. İslahatçıları, mürəkkəb keçid şəraitində işləmiş adamları bir araya toplayacağıq. Müxtəlif sahələrdə korrupsiya, restrukturlaşma, idarəçiliyin liberallaşdırılması, bürokratik prosedurların yüngülləşdirilməsi üzrə islahatlar keçirməyə çalışacağıq. Ordu islahatı məsələsində də Prezident Administrasiyası və digər qurumların səylərinə dəstək verməyi planlaşdılrırırq. Yəni məqsəd Ukraynanın daxilində islahatlar keçirməklə yanaşı beynəlxalq yardımı səfərbər etməkdir.

-Sizcə, daha böyük ərazisi və Donbas kimi problemi olan Ukraynada Gürcüstanda həyata keçirdiyiniz islahatları təkrarlamaq mümkün olacaq?

-Gürcüstanda islahatlar məhz Rusiyanın ciddi təzyiqi şəraitində keçirilib. Biz tam enerji və iqtisadi embarqo şəraitində çalışırdıq. On minlərlə gürcü Rusiyadan qovulurdu.

Demək olar kı, hər il bizi bombalayırdılar – gah Kodori, gah Pankisi dərələrində. Bizə qarşı terror aktları və təxribatlar hazırlanır, informasiya müharibəsi aparılırdı. Məhz belə şəraitdə biz islahatlara başladıq və pis-yaxşı həyata keçirdik.

Mənə elə gəlir ki, Ukraynada islahatalar daha asan keçməlidir. Gürcüstanda islahatlardan narazı olanlar daha çox idi – orada hamı bir-birinə qohum, aşna, kirvədir. Müharibə isə əslində səfərbəredici amildir, çünki hamı adi üsullarla vəziyyətdən çıxmağın mümkün olmayacağını anlayır. Bu baxımdan mən optimistəm, hesab edirəm ki, bizim gürcü islahatçıları qrupu bu prosessə öz töhfəsini verə biləcək.

-Ukraynanın indiki hakimiyyətini necə qiymətləndirirsiniz?

– Ukrayna hakimiyyəti daxilində islahatların əsas istiqamətlərinə dair fikir ayrılığı yoxdur. İstənilən sistemdə fərdi səciyyəli fikir müxtəlfliyi ola bilər. Lakin indi Ukraynada islahatların əsas prinsiplərinə qarşı olan yoxdur. İndi sürətlə hərəkət etmək lazımdır, vaxt az qalıb.

-Ukraynanın islahatkeçirməyə nə qədər vaxtı qalıb?

-Ən çoxu bir neçə ay.

-Ukrayna vətəndaşlığını almaq fikriniz varmı?

-Yox. Məhz buna görə Ukrayna hökumətində baş nazirin birinci müavini və Antikorrupsiya Bürosunun rəhbəri vəzifələrini tutmaq təkliflərini qəbul etmədim. Mən gürcü siyasətçisiyəm, Gürcüstanın və Ukraynanın taleləri bir-birinə bağlıdır. Ona görə hesab edirəm ki, neytral qalmalıyam.

-Sizinlə bağlı Gürcüstan və Ukrayna prokurorluqları arasında ekstradisiya mövzusuna dair qarşılıqlı bəyanatlaşma iki ölkə narasında münasibətləri pisləşdirə bilərmi? Rəsmi Tiflis Ukrayna hökuməti tərkibində gürcü müxalifətçilərinin olmasından artıq narazılığını da bildirib.

-İki ölkə arasında münasibətlərin pisləşməsində nə gürcü müxalifətçilərinin, nə də gürcü xalqının günahı yoxdur. “Qazprom”un iri fərdi səhmdarı oliqarx Boris İvanişvilinin nəzarətində olan indiki Gürcüstan hökuməti Maydan hərəkatının ilk günündən Kiyevdə baş verənlərdən narazılığını açıq şəkildə bildirirdi.

Gürcüstanın baş naziri “Financial Times” qəzetindəki məqaləsində Ukraynanı silahlandırmamağa çağırıb. Gürcüstan Ukraynaya silah verməyin əleyhinədir, Rusiyaya qarşı sanksiyalara qoşulmur, BMT-də Rusiyanın hazırladığı qətnamənin əleyhinə səs verməyib.

Rəsmi Tiflis Ukraynada döyüşən gürcü zabitlərinin ailələrini təqib edir, onlara qarşı cinayət işləri qaldırılır. Bir neçə gün əvvəl bəyan ediblər ki, Gürcüstanda Maydanın təkrarlanmasına yol verilməyəcək – əsl kremlsayağı ritorikadır.

Gürcü xalqı 100 faiz ukraynalıları dəstəkləyir. Rəsmi Tiflisin belə hərəkətləri Gürcüstanın indiki rusiyapərəst hökumətinin xalq arasında qeyri-populyarlığının səbəblərindən biridir.

-Ukraynada nə qədər qalmaq fikrindəsiniz? Gürcüstana qayıtmağı planlaşdırırsınızmı?

-Əlbəttə, mən burada müvvəqətiyəm və Gürcüstana dönmək fikrim var, lakin ukraynalılara əlimdən gələn köməyi edəcəyəm. Bilirsinizmi, Ukraynada islahatların keçirilməsi ilə istedadlı ukraynalı vətəndaşlar məşğul olmalıdr. Belələri burada kifayət qədərdir – hər halda biz Gürcüstanda islahatlara başladığımız dövrdə orada olan islahatçılardan xeyli çoxdurlar.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 24
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."