!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynada türkdilli təşkilat liderləri medallarla təltif edildi

!Reklam – Yazi

27 soydaşımız Ukraynda xüsusi medala layiq görülüb.

Yenicag.az xəbər verir ki, onlardan 2-si Azərbaycanın ictimai xadimləridir.

Ukraynada fəaliyyət göstərən azərbaycanlıların və digər türkdilli xalqların ictimai təşkilatlarının liderləri və vəzifəli şəxsləri, o cümlədən Azərbaycanın 2 ictimai xadimi 28 iyun Ukraynanın Konstitusiya günü münasibəti ilə, Ukrayna ərazi bütövlüyünün və milli suverenliyinin qorunmasında, Ukrayna Ordusunun müdafiə qabiliyyətinin gücləndirilməsində, Ukraynada separatizmə qarşı mübarizədə, dövlət və xalq qarşısında xidmətlərinə görə “Kraina” ÜUB-yi tərəfindən Ümümukrayna statuslu “Ukraynanın müstəqilliyinin 25 illiyi” xüsusi medalı ilə təltif ediliblər. Ukrayna tarixində ilk dəfədir ki, çox sayda soydaşımız Ümumukrayna statuslu xüsusi təltifə layıq görülüblər. Bu barədə mətbuata Ukrayna Qarapapaq Türkləri Milli Şurası (UQTMŞ) İnformasiya Departamentindən məlumat veriblər.

28 iyun Ukraynanın Konstitusiya günü münasibəti ilə, Ukraynanın “Kraina” ÜUB-nin Sədri O.M.Sopovun əmri ilə:

Ukraynalı və Azərbaycanlı Ziyalılar Assambleyasının Sədri, professor Fərhad Qardaşxan oğlu Turanlı,

Dnepropetrovsk Azərbaycanlılarının İctimai Birliyinin Sədr müavini Eldar Cəmşid oğlu Tağıyev,

Ukrayna Parlamentinin deputatı, Krım tatarlarının lideri Mustafa Abdulcəmil oğlu Cemilev (Kırımoğlu),

Ukrayna Qarapapaq Türkləri Milli Şurası Rəyasət Heyətinin Sədri Sergey Viktoroviç Qnatyuk,

Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporasının Sədri Hikmət Əlövsət oğlu Cavadov,

Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporasının Sədr müavini Murad Oktay oğlu Cəfərov,

Ukrayna Qarapapaq Türkləri Milli Şurasının Sədri Daşqın Gülməmməd oğlu Gülməmmədov,

Dnepropetrovsk Azərbaycanlılarının İctimai Birliyinin Sədri Firuz İbrahim oğlu İbrahimov

Ukrayna Qaqauzları İttifaqının Sədri Vasil Qriqoroviç Kelioqlo,

“Ukraynanın müstəqilliyinin 25 illiyi” xüsusi medalı ilə təltif olunublar.
Ukraynanın “Kraina” ÜUB-nin Sədri O.M.Sopovun digər əmri ilə Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporasının vəzifəli şəxsləri, vilayət təşkilatları sədrləri, fərqlənən üzvləri Ukrayna dövləti və xalqı qarşısında xidmətlərinə görə Ümumukrayna statuslu “Ukraynanın müstəqilliyinin 25 illiyi” medalı ilə təltif ediliblər. Xüsusi təltifə:

Həbib Əkbər oğlu Həsənli,
Rac Müzəffər oğlu Qasımov,
Əli-İsa Umud oğlu Dəmirov,
Ceyhun İsmayıl oğlu Məmmədov
Mətləb İlqar oğlu Mustafayev
Şakir Yəhya Yəhyayev
Məmməd Mansuroviç Bağırov,
Dmitro Viktoroviç Kulibaba,
Vüsal Əhməd oğlu Allahverdiyev,
Elşad Rafiq oğlu İbrahimov,
Arif Cəmil oğlu Quliyev,
Vidadi Şəhriyar oğlu İsrafilov,
Fail Nazir oğlu Abidov,
Eyvaz Cəmil oğlu Quliyev,
Əlimərdan Nəriman oğlu Kərimov
Ələddin Aydın oğlu Məhərrəmov,
Məcid Nuxu oğlu Nuxiyev
Layiq görülüblər.

Həmçinin, Ukraynanın “Kraina” ÜUB-nin Sədri O.M.Sopovun əmri ilə
Azərbaycan Respublikası vətəndaşları,

Azərbaycan Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Abi oğlu Hüseynzadə,

Azərbaycan Slavyan Gənclər Assosiasiyasının Prezidenti Səbuhi Mübariz oğlu Abbasov

Ukrayna xalqı qarşısında xidmətlərinə görə, o cümlədən Ukrayna həqiqətlərinin işıqlandırılmasında, Ukraynada yaşayan azərbaycanlıların və digər türkdilli xalqların Ukraynanın ərazi bütövlüyü və milli suverenliyi uğrunda mübarizəsinə informasiya dəstəyi verdiklərinə görə Ümumukrayna statuslu “Ukraynanın müstəqilliyinin 25 illiyi” medalı ilə təltif ediliblər.

Yenicag.az

www.yenicag.az

1335
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv