www.sinerjipro.net

SinerjiProWide
Reklam

Ukrayna Ali Radasının Azərbaycan Milli Məclisi ilə işçi qrupunun rəhbəri Maksim Kuryaçiy Zaparojye Vilayət Şurasının parlamentə ünvanladığı uydurma “erməni soyqırımı” müraciətinə etiraz edib.

M. Kuryaçiy APA-ya açıqlamasında bununla bağlı bəyanat yaydığını bildirib.

O qeyd edib ki, Ukraynada heç bir yerli Şuranın strateji əhəmiyyətli məsələləri müzakirəyə çıxarmağa hüququ yoxdur: “Bu, onların (Zaparojye Vilayət Şurasının deputatları-red.) səviyyəsi deyil. Onların buna ixtiyarı yoxdur. Biz Ukrayna cəmiyyətinin milli mənsubiyyətə görə parçalanmasına yol verməməliyik. Ali Radanın gündəmində belə məsələ ola bilməz. Halbuki bunu gündəmə gətirmək cəhdləri olur”.

Deputat qeyd edib ki, məsələ ilə bağlı insanlar suallar verir: “Bu kimi suallar çox mürəkkəbdir, narahatlıq doğurur, tarixin çətin mərhələlərini əhatə edir. Bu da öz növbəsində Azərbaycan və Türkiyə diplomatik strukturlarının haqlı narahatlığına səbəb olur”.

M. Kuryaçiy bildirib ki, ümumiyyətlə hər dəfə Azərbaycanla Ukrayna arasında münasibətlər keyfiyyətcə yeni səviyyəyə çıxanda, iqtisadi, siyasi və mədəni əlaqələr güclənəndə, istənilən yolla bu perspektivli əməkdaşlığı zəiflətmək cəhdləri ortaya çıxır. Onun sözlərinə görə, bu kimi məsələləri qabardanlar Ukraynanı etibarlı tərəfdaşlarla üz-üzə qoymağa çalışır: “Ukrayna cəmiyyəti təmkin nümayiş etdirməli və siyasi manipulyasiyalara uymamalıdır. İddia olunan məsələ ilk növbədə obyektiv və qərəzsiz şəkildə tarixçilər tərəfindən öyrənildikdən sonra Ukrayna cəmiyyəti və siyasi dairələrin gündəminə daxil ola bilər. Ali Radanın təcrübəsində indiyə qədər bu kimi məsələlərlə bağlı çoxlu müraciətlər olsa da, heç vaxt müzakirəyə çıxarılmayıb və indi də çıxarılmaz”.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 34
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."