www.sinerjipro.net

SinerjiProWide
Reklam

14523189_1246477162112660_3785551295651516171_nBu gün Ulu Yol xəbər portalı – Uluyol.info saytının bir yaşı tamam olur.

Uluyol.info xəbər portalı ötən il 18 oktyabr Milli Müstəqillik günü fəaliyyətə başlayıb. Bir il ərzində qarşıya qoyduğumuz hədəflərə çata bilməsək də, reklamsız, maliyyə resurslarının məhdud olması səbəbindən onlarla layihələrimiz var ki, yarımçıq qalıb. Eyni adda qəzetin təsisi ilə bağlı bütün prosedur sənədlərini Ədliyyə nazirliyinə təqdim etmişik.

Bu gün ölkədə təxminən 3000-ə yaxın onlayn media var ki, bu da rəqabəti çətinləşdirir. Sosial şəbəkələrin olması oxucu ilə əlaqəyə asanlıq yaratsa da, daha geniş auditoriyanın mövcudluğu üçün reklam bazarı sağlam olmalıdır. Bu gün problemlərin kökünə gedib, haqqı çatdıran media qurumlarına reklam verilməməsi azad rəqabəti aradan qaldıran səbəblərdəndir. Saytın bir il fəaliyyəti zamanı bir neçə dəfə kiber hücuma məruz qaldıq. Gələcək fəaliyyətimizdə rus və ingilis dillərində də xəbər yayımlayacağıq.

Niyyətimiz ölkədə və dünyada baş verən hadisələri oxuculara qərəzsiz çatdırmaqdır. Bütöv Azərbaycan amalı ilə yaşayan insanlara tribuna, söz demək imkanları yaradan media qurumu olaraq növbəti yaşımızda istədiyimiz, haqq etdiyimiz yeri tutacağımıza inanırıq. Məhz saytın sloqanında deyildiyi kimi, “Amalımız olan şeylərə ümid etmirik, İNANIRIQ”

Bütün oxucularımızı 18 oktaybr Milli Müstəqillik günü münasibətilə səmimi qəlbdən təbrik edir, xoş xəbərlərlə xidmətinizdə olmağı arzulayırıq.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 70
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."