!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ulduz Şokolad Fabriki qanvermə aksiyası keçirdi — FOTO

!Reklam – Yazi

s-721Ulduz Şokolad Fabriki noyabrın 28-də “Bir damla qan qurtarılan bir can” adlı qanvermə aksiyasını həyata keçirdi.

Aksiyanın məqsədi talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara və eyni zamanda bədbəxt hadisələr nəticəsində xəsarət almış insanlara təmənnasız yardım etməkdən ibarət idi. Könüllülük prinsipi əsasında həyata keçirilən aksiyada 200 nəfərdən artıq şirkət əməkdaşı donor qismində iştirak edib. Respublika Mərkəzi Qan Bankının həkim heyyətinin müşaiyyəti ilə həyata keçirilən bu aksiya şirkət əməkdaşları tərəfindən böyük sevinc və fərəh hissi ilə qarşılandı.

Xatırladaq ki, “Talassemiya” dünyanın bir çox ölkəsində rast gəlinən irsi qan xəstəliyidir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, bütün dünyada 300 milyona yaxın bu xəstəliyi daşıyan insan var. Talasemiya dünyada ən sıx müşahidə olunan tək gen pozğunluğudur. Talassemiyanın əsas səbəbi İnsanda olan 46 cüt xromosomdan 11-ci xromosomla 16-cı xromosomda yaranan qüsurdur. Ona görə də dünyada milyonlarla insan belə xəstələrin tam sağalana qədər həyatda qalması üçün mütamadi qan vermə aksiyalarına qoşulurlar.

www.yenicag.az

600
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv