Ads by Google

hightechnic
Ads by Google

uyh1rsz7twme-1Bəzən tarixdə elə şəxsiyyətlər yetişir ki, onlar təkcə mənsub olduğu xalqın və dövlətin deyil, bir çox xalqların, hətta bəzən bütün tərəqqipərvər, sülhsevər dünyanının sərvəti hesab olunurlar.

Bundan başqa, elə şəxsiyyətlər də olur ki, onlar yalnız yaşadığı dövrə deyil, əməlləri, işığı, ziyası ilə həm də gələcəyə məxsus olurlar. Hətta zaman keçdikcə, onların fikirlərinə, siyasi-mədəni irsinə daha çox ehtiyac duyulur, daha çox müraciət edilir.

Bugün əbədiyyətə qovuşmasının on üçüncü ilində böyük rəhmət və minnətdarlıq hissi ilə andığımız Ümummilli lider Heydər Əliyev də belə şəxsiyyətlərdəndir. Bütün varlığı ilə Azərbaycana bağlı olmuş bu dahi insanın vəfatından sonra nəinki Qafqaz regionunda, bütün keçmiş SSRİ məkanının siyasi palitrasında dərin bir boşluğun yarandığını dövrümüzün ən tanınmış siyasi xadimləri etiraf etmişlər. Heydər Əliyevin siyasi mülahizələri, iqtisadi düşüncələri, idarəetmə texnologiyalarının kamil bilicisi olması zaman kecdikcə bir məktəb olaraq əksər ölkələrdə öyrənilməyə və tətbiq olunmağa başlanması da dediklərimizə əyani sübutdur.

ABŞ prezidenti Corc Buşun “Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur”, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin “Onun vəfatı Müstəqil Dövlətlər Birliyi, bütün beynəlxalq birlik üçün əvəzsiz itkidir”, Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın “Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi və firavanlığı, bölgədə və dünyada sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə türk və dünya tarixində şərəfli yer tutmuşdur”, Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin “Heydər Əlirza oğlu Azərbaycan Respublikası üçün, MDB-nin inkişafı üçün, Qazaxıstan və Azərbaycan xalqlarının çoxəsrlik dostluğunun möhkəmlənməsi üçün çox işlər görmüşdür”, Qırğızıstan Xalq yazıçısı Çingiz Aytmatovun “Heydər Əliyev XX əsrin görkəmli liderlərindən biri kimi müasir demokratik Avrasiyanın yeni tarixinin qurucularındandır”, Kalmıkiya Respublikasının və FİDE-nin Prezidenti Kirsan İlyuminovun “Bütün postsovet məkanında müasir siyasətçilərin bütöv bir nəslinin yetişdirilməsində Heydər Əlirza oğlunun xidməti misilsizdir” kimi fikirləri və bu kimi çoxsaylı dəyərləndirmələr də Heydər Əliyevin nəinki Azərbaycan tarixində, eləcə də dünyada malik olduğu yeri doğru-düzgün müəyyənləşdirməkdədir.

Bəli, istər Sovet dönəmində, istərsə də Azərbaycan yenidən öz dövlət müstəqilliyinə qovuşduqdan sonra az qala yarım əsrlik bir dövrdə Heydər Əliyevin mənsub olduğu xalq və rəhbəri olduğu dövlət üçün gördüyü işlər heç bir ölçüyə, mizan-tərəziyə sığmaz və sadalamaqla qurtarmaz. Sadəcə bir faktı xatırlatmaq kifayət edir ki, hərbi, siyasi və iqtisadi cəhətdən qüdrətli müstəqil Azərbaycan Respublikası məhz Heydər Əliyevin dühasının, Heydər Əliyev zəkasının və Heydər Əliyev uzaqgörənliyinin məhsuludur. O Azərbaycan ki, məhz Ulu Öndərin yaratdığı böyük məktəbin məzunu olan Cənab İlham Əliyevin rəhbərliyi altında bu gün parlaq gələcəyə, uğurla sabahlara inamla irəliləməkdədi.

Əbədiyyətə on üçüncü böyük rəhmət və minnətdarlıq hissi ilə andığımız Ümummilli lider Heydər Əliyevin yoxluğu cismani bir yoxluqdur… Onun əziz və nurlu xatirəsi daima Azərbaycan xalqının qəlbində yaşayacaqdır!

Fərid ŞAHBAZLI
“İslahatçı Gənclər” İctimai Birliyinin sədri

 

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 107
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."