2T5A0288Bu gün ABŞ-ın Azərbaycandakı səfirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin Müdiri cənab Stephen Guice və səfirliyin məsul əməkdaşları BAMF-ın ofisinə baş çəkiblər.

Görüşdə bir sıra məsələlər müzakirə olunub.  Beynəlxalq Avrasiya Mətbuat Fondu və ABŞ səfirliyi arasında mövcud əməkdaşlıq, həyata keçirilmiş birgə layihələr müzakirə olunub. Görüşdə BAMF-ın ABŞ Dövlət Departamenti ilə əməkdaşlıq çərçivəsində Azərbaycan vətəndaş cəmiyyətinə verdiyi töhfələrdən də söz  açılıb. Görüş zamanı təşkilatın sədri Umud Mirzəyev bir daha Azərbaycanın işğal olunmuş torpaqlarına dair Minsk qrupu ölkələrinin , xüsusilə ABŞ-ın mövqeyi məsələsinə toxunub. O bildirib ki, ABŞ kimi fövqəlgüc dövlət bu münaqişədə öz ədalətli mövqeyini ortaya qoymalı, Azərbaycanın işğal olunmuş ərazilərinin tezliklə azad olunması prosesinə mütləq şəkildə öz töhfəsini verməlidir. Səfirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin Müdiri cənab Stephen Guice isə ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və bu mövqeyinin də dəyişməz olaraq qaldığını vurğulayıb. Sonra görüş gələcək layihələrin müzakirəsi ilə davam edib.

2T5A0285

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 20
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."