Umud Mirzəyev səfirlikdə Rusiyaya başsağlığı verdi

Umud Mirzəyev səfirlikdə Rusiyaya başsağlığı verdi

Müəllif: Redaktor

Baş Redaktor

2BAMF sədri Rusiya səfirliyini ziyarət edərək təyyarə qəzası ilə bağlı baş sağlığı verib.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev Rusiya Müdafiə Nazirliyinə məxsus Tu-154 təyyarəsinin Soçidən Suriyaya uçarkən qəzaya uğramasıyla əlaqədar başsağlığı verib. Cənab Mirzəyev və BAMF-ın digər əməkdaşları bu gün Rusiya səfirliyinə gedərək , səfirliyin qaşısına gül dəstəsi qoyub. Əvvəlcədən məlumat verildiyi kimi, Rusiyada matəm elan olunması ilə əlaqədar Rusiyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib. Səfirliyin rəsmisi Denis Apaşkinlə görüşündə isə BAMF sədri hadisəyə görə çox kədərləndiyini bildirib və qurbanların ailələrinə başsağlığı verib.

Xatırladaq ki, dünən səhər saatlarında Suriyaya istiqamət alan Rusiya Müdafiə Nazirliyinə məxsus Tu-154 təyyarəsi Qara dənizin üzərindən uçarkən qəzaya uğrayıb. Məlumata görə, təyyarənin göyərtəsində 93 nəfər – 8 ekipaj üzvü və 85 sərnişin olub. Sərnişinlər arasında 8 hərbçi, Aleksandrov adına hərbi ansamblın 64 artisti, Rusiya telekanallarının 9 əməkdaşı, “Ədalətli yardım” xeyriyyə fondunun rəhbəri Yelizaveta Qlinka və iki federal məmur olub. Qəza ilə bağlı cinayət işi başlanılıb.

 

Yenicag.az

3-cü-sektor

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti