Umud Mirzəyev yenidən Beynəlxalq Sülh Bürosunun Ali Şurasının üzvü seçilib

Müəllif: Redaktor

Editor

unnamed (5)Berlində Beynəlxalq Sülh Bürosunun Dünya Konqresində məşhur beynəlxalq təşkilatın idarə heyəti üzvlərinin yeni seçkisi keçirilib. Bu mötəbər qurumda Azərbaycanı təmsil edən yeganə nümayəndə, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev yenidən BSB idarə heyətinin üzvü seçilib.Cənab Mirzəyev növbəti 3 il ərzində bu mötəbər təşkilatda Azərbaycanı təmsil edəcək. BAMF sədri , Beynəlxalq Sülh Bürosunun Ali Şurasının üzvü olmaqla yanaşı həm də Qərbi Asiyanın 18 ölkəsi (Azərbaycan, Gürcüstan, Ermənistan, Qatar, Yəmən, Fələstin, Oman, İsrail, İordaniaya, Səudiyyə Ərəbistan, Türkiyə, Kipr, Livan, Bəhreyn, İraq ) və konflikt bölgələri üzrə nümayəndəsidir. Qeyd edək ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu bu missiyanı yerinə yetirən Azərbaycandan olan ilk QHT-dir.
Beynəlxalq Sülh Bürosunun Dünya Konqresi dünyanın ən böyük beynəlxalq sülhü çağıran tədbirlərindən biri sayılır. Tədbirə ən müxtəlif ölkələrdən nobel mükafatçıları, alimlər, siyasətçilər, din adamları və sülh çağırışçısı olan ictimai xadimləri qatılıb. Tədbirə bütün dünyadan ümumilikdə 1000-ə yaxın nümayəndə qatılıb.

Konqresdə çıxışçıları arasında dünya üzrə kifayət qədər nüfuz sahibi olan şəxslər, 2011-ci il Nobel Sülh Mükafatı Laureatı əslən Yəməndən olan Təvəkkül Karman (2011), “Right Livelihood Award” mükafatının yaradıcısı Jakob von Uexküll, bu mükafatın laureatları Vandana Shiva və Alyn Ware, James Galbraith, Noam Chomsky kimi görkəmli iqtisadçılar (video vasitəsilə) və Samir Amin, dünya siyasətinə yön verən məşhur Roma klubunun vitse-presidenti Ernst Ulrich von Weizsäcker, UTİC və UNI qlobal birliklərin baş katibləri Sharan Burrow və Philip Jennings, YUNESKO-nun keçmiş baş direktoru Federiko Mayor Zaragoza, Ekvadorun keçmiş müdafiə katibi və bu ölkənin BMT-nin Cenevrə ofisindəki keçmiş nümayəndəsi María Fernanda Espinosa Garces, BMT Geneva ofisinin baş direktoru Michael Moller , Beynəlxalq Sülh Bürosunun idarə heyətinin üzvləri və başqa şəxslər də iştirak edib.
Azərbaycanı təmsil edən cənab Mirzəyev tədbir çərçivəsində dünyada silahlanmanın əleyhinə qarşı keçirilən aksiyaya qatılmaqla yanaşı bir sıra vacib görüşlər keçirib, danışıqlar aparıb.

Müzakirələr zamanı cənubi Qafqazda baş verən münaqişələrin yaratdığı çətin vəziyyətdən, qaçqın və məcburi köçkünlərin ağır həyat şəraitindən, münaqişələrin həlli istiqamətində qəbul edilmiş beynəlxalq hüquqi aktların və qətnamələrin icra edilməməsindən, ikili standartların yaratdığı qəbul edilməz status kvodan danışan Umud Mirzəyev Azərbaycan dövlətinin və hökumətinin daim sülh proeseslərinə dəstək verdiyini, regionda sülhün və sabitliyin qarantı olduğunu bildirib.

Qeyd edək ki, Beynəlxalq Sülh Bürosu Avropadan və Şimali Amerikadan olan Milli Sülh Cəmiyyətlərinin keçirdiyi Beynəlxalq Sülh Bürolarının konstitusiyaları, illik geniş toplantıları nəticəsində 1892-ci ildə təsis edilib. 1901-1982–ci illərdə Büronun 13 əməkdaşı Nobel Sülh Mükafatına layiq görülüb. Büronun özünə isə bu ali mükafat 1910-cu ildə təqdim edilib. MakBrayd Sülh mükafatı isə BCB tərəfindən hər il bir şəxsə və ya təşkilata sülh, tərki-silah və ya insan hüquqları üzrə təqdim edilən xüsusi mükafatdır.

 


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır