!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ümummilli Lider UNEC-də anılıb

!Reklam – Yazi

9b623c8c-abed-4349-a64e-510764fee5a7Dekabrın 10-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib.

Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin universitetdə ucaldılan büstü önünə gül dəstələri düzüblər.

Anım mərasimi UNEC-in Heydər Əliyev Mərkəzində davam etdirilib. Tədbirdə ilk öncə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

UNEC-in rektoru, professor Ədalət Muradov Ulu Öndərin keçdiyi mənalı həyat yoluna qısa nəzər salaraq bildirib ki, “Ümummilli Lider Heydər Əliyev elə bir zirvədir ki, ona çatmaq mümkün deyil. Azərbaycanın bugünkü inkişafının təməl daşını Ulu Öndər hələ respublikaya rəhbərliyinin ilk dövrlərində atıb. Müstəqillik illərində ölkəni böhrandan çıxararaq, dinamik iqtisadi inkişaf edən ölkələr sırasında yer almasına görə Ümummilli Liderə borcluyuq”- deyən rektor, Azərbaycan təhsilinin inkişafında dahi şəxsiyyətin rolunun əvəzsiz olduğunu xüsusi vurğulayıb. Rektor qeyd edib ki, Azərbaycan dilinin həm ümumxalq dili, həm də xüsusilə dövlət dili kimi inkişafında Heydər Əliyevin xidmətləri sözün əsl mənasında, əvəzsizdir.

Universitetlər arasında birinci yerdə olan və bacarıqlı kadrların hazırlanmasında UNEC-in lider olduğunu qeyd edən rektor, gələcəkdə bu ali təhsil məktəbinin məzunlarının təkcə Azərbaycanda deyil, dünya miqyasında tanınmış şəxsiyyət kimi formalaşacağına ümid etdiyini əlavə edib. Bildirib ki, bu islahatlar Ümummilli Lider Heydər Əliyevin tövsiyələri və onun layiqli davamçısı Prezident İlham Əliyevin bizə verdiyi tapşırıqlar əsasında gerçəkləşdirilir.

Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri Arif Rəhimzadə Ümummilli Liderin Azərbaycanda hakimiyyəti illərində gördüyü işlərdən, yürütdüyü siyasətdən, reallaşdırdığı böyük layihələrdən danışıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycan ilk növbədə məhv olmaqdan, parçalanmaqdan xilas oldu. Heydər Əliyevin dühası, öz ölkəsinin dünya birliyində rolunu, yerini və imkanlarını dəqiq müəyyənləşdirmək qabiliyyəti, çox böyük nüfuzu və insanları öz arxasınca aparmaq bacarığı sayəsində Azərbaycanın başı üstünü almış təhlükələri aradan qaldırıldı. 1995-ci ildən başlayaraq iqtisadiyyatda, mədəniyyətdə, mənəviyyatda dirçəliş dövrü yaşandı. Azərbaycanın dünya birliyinə fəal inteqrasiyası başlandı. Müstəqil dövlətimizin yeni Konstitusiyası qəbul olundu, ölkədə dövlətçilik, azərbaycançılıq ideyası formalaşdı.

Azərbaycan tarixində əbədi və uca yer tutan Ulu Öndərin işıqlı xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını söyləyən A.Rəhimzadə, müstəqil Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf etdiyini, dünya birliyində mövqelərini daha da möhkəmləndirdiyini və regionun lider dövlətinə çevrildiyini vurğulayıb.

Universitetin professoru Arif Şəkərəliyev məruzə ilə çıxış edərək, Azərbaycan iqtisadiyyatının, elm, təhsil və mədəniyyətinin inkişafında, ölkənin dünya birliyinə inteqrasiyasında Heydər Əliyevin tükənməz xidmətlərini vurğulayıb, Azərbaycanın bu günü və gələcəyi üçün müəyyənləşdirdiyi inkişaf strategiyasının əhəmiyyətindən danışıb.

Tədbirdə çıxış edən digər iştirakçılar müstəqil Azərbaycan dövlətinin yaranmasında, inkişafında və dünyada tanınmasında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz rolundan söz açıblar.
Sonda Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunan film nümayiş etdirilib

www.yenicag.az

834
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv