yenicag.az
yenicag.az

Ümumrusiya Azərbaycan Konqresinin Qurultayı keçiriləcək

Ümumrusiya Azərbaycan Konqresinin Qurultayı keçiriləcək

Müəllif: Redaktor

Editor

unnamed

Ümumrusiya Azərbaycan Konqresinin Qurultayı keçiriləcək
Dekabrın 28-dəRusiyanın paytaxtı Moskva şəhərindəki “Ukrayna”otelində Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK)IV Qurultayı keçiriləcək.

Qurultaya Rusiya Federasiyasının 78bölgəsindən 200-dən artıq nümayəndənin, həmçinin,Rusiya və Azərbaycanın dövlət və hökumət nümayəndələrinin iştirakı gözlənilir.

Qurultayda ÜAK rəhbərinin təşkilatın 5 il ərzində gördüyü işlər haqqında hesabatı dinləniləcək, məruzə ətrafında çıxışlar olacaq. Qurultayda, həmçinin,Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə çatdırılması sahəsində qarşıda duran vəzifələr, təbliğat işində müasir metodların və informasiya texnologiyalarının tətbiqi, Rusiyadakı soydaşlarımızın hüquq və azadlıqlarınını qorunması istiqamətində mövcud olan problemlər və onların həlli yolları, növbəti beş il üçün fəaliyyət strategiyasının müəyyənləşdirilməsi ilə bağlı geniş müzakirələrin aparılması nəzərdə tutulur. Qurultayında Mərkəzi Şura, Rəyasət Heyətinin yeni tərkibi seçiləcək, daha sonra Mərkəzi Şuranın iclası keçiriləcək.Tədbirin yekununda bir sıra sənəd və müraciətlərin qəbulu gözlənilir.

Qeyd edək ki, ən böyük diaspor təşkilatı olan ÜAK ümummilli lider Heydər Əliyevin və RusiyaVladimir Putinin dəstəyi ilə 2001-ci il martın 5-də Moskva şəhərində yaradılıb. Təşkilatın məqsədi buradakı soydaşlarımıza milli, mədəni, sosial maraqların həyata keçirilməsinə yardım etmək, Rusiya və Azərbaycan arasında sosial-iqtisadi və mədəni əlaqələrin möhkəmlənməsinə xidmət etməkdir. Rusiya Federasiyasındakı diaspor təşkilatları ilə əməkdaşlıq, bu fəaliyyətin koordinasiya edilməsi də Konqresin prioritet vəzifələrindəndir.

Hazırda ÜAK-ın Rusiyanın 83 bölgəsində bölməsi fəaliyyət göstərir. Təşkilatın III Qurultayı 2011-ci il noyabrın 25-də keçirilib.

Yenicag.az

 

3-cü-sektor

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti