UNEC-də növbəti struktur islahatları

UNEC-də növbəti struktur islahatları

Müəllif: Redaktor

Baş Redaktor

unnamed (8)Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) struktur dəyişikliyi olub. UNEC-in Elmi Şurasında qəbul edilən qərara əsasən iki fakültə və bir neçə kafedra birləşdirilib.

“Uçot-iqtisad” fakültəsi ilə “Maliyyə” fakültəsi birləşdirilərək, “Maliyyə və mühasibatlıq” fakültəsi adlandırılıb.
UNEC-in “İqtisadi nəzəriyyə 1” və “İqtisadi nəzəriyyə 2” kafedraları ayrılıb. Bundan sonra “İqtisadi nəzəriyyə 2” kafedrası “Nəzəri və praktiki iqtisadiyyat” kafedrası adlandırılacaq.

“Qeyri-ərzaq malları əmtəəşünaslığı və ekspertizası” ilə “Ərzaq malları əmtəəşünaslığı və ekspertizası” kafedraları isə birləşdirilərək “İstehlak mallarının ekspertizası” kafedrası adlandırılıb.

Bundan başqa, UNEC-də “Humanitar fənnlər” kafedrası yaradılıb. Yeni kafedrada “Azərbaycan tarixi”, “Fəlsəfə” və “Politologiya” kafedraları birləşdirilib.

 

3-cü-sektor

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti