!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

UNEC-də “Oriyentasiya Günü” keçirilib-Fotolar

!Reklam – Yazi

unnamed (6)Sentyabrın 14-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ilk dəfə olaraq ali təhsil müəssisəsinə yeni qəbul olunan tələbələr üçün “Oriyentasiya Günü” keçirilib. Dünya universitetlərində ənənəvi təşkil olunan tədbirdə tələbələr universitet həyatı ilə tanış olub, UNEC barədə ətraflı məlumat əldə ediblər.

I kurs tələbələri üçün gün boyu təşkil olunan təqdimatlarda universitetin tarixi, fəxri doktor və məzunları, tədris prosesi, tələbə təşkilatları, təqaüd proqramları və digər mövzular barədə məlumatlar çatdırılıb.

Tədbirdə yuxarı kurs tələbələrindən təşkil edilən könüllülər qrupu I kurs tələbələri üçün universitet ərazisində informasiya turları təşkil ediblər. Tədbirdə həmçinin UNEC tələbələrinin əl işlərindən ibarət rəsm sərgisi təşkil edilib.
Universitet saralarına yeni qatılan tələbələr stolüstü tennis və “ip çəkmə” oyununda iştirak ediblər. Gün boyu universitet tələbələrinin ifasında musiqi nömrələri və rəqslər ifa edilib. Könüllülərin iştirakı ilə “Köpük şou” flaşmobu təşkil olunub.

 

www.yenicag.az

1990
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv