d6ccf0f8-ed6b-4ff2-837c-70f6bda92b76Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tətbiq edilən differensial əmək haqqı sistemi ilə əlaqədar yaradılan daimi Komissiya işini yekunlaşdırıb. Artıq komissiya tərəfindən sistemə daxil edilən məlumatların yoxlanması prosesi sona çatıb. Bununla da, sistem avtomatik olaraq müəllimlər arasında TOP100 reytinqi müəyyənləşdirib. 2 ay ərzində bu sistemə 143 müəllimin elmi, tədris və özünüinkişaf fəaliyyətləri barədə məlumat daxil edilib.

Sistemin tətbiqində əsas məqsəd professor-müəllim heyəti arasında sağlam rəqabət mühitini formalaşdırmaq, onların işdən məmnunluq səviyyəsini yüksəltmək,eyni zamanda müəllimlərin fərdi və qrup məhsuldarlığını artırmaqdan ibarətdir. Bu da öz növbəsində UNEC-də tədris, elmi-tədqiqat və inzibati fəaliyyətlərin səmərəliliyini və keyfiyyətinın yüksəlməsinə xidmət edəcək.

2015-2016-cı tədris ili üzrə reytinq siyahısında 1-10-cu yerləri tutan müəllimlərin əməkhaqqı 2 dəfə artırılacaq. 11-30-cu yerləri tutan müəllimlər üzrə bu göstərici 1,7 dəfə, 31-60-cı yerləri tutan müəllimlər üzrə 1,5 dəfə, 61-100-cü yerləri tutan müəllimlər üzrə 1,2 dəfə təşkil edəcək.

Qeyd edək ki, reytinq sistemi müəyyən edilərkən UNEC-in professor-müəllim heyətinin fəaliyyətinin üç istiqaməti əsas götürülüb. Bura onların elmi, tədris və özünüinkişaf fəaliyyətləri daxil edilib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 9
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."