“Unibank” işçi axtarır – VAKANSİYA

Müəllif: Redaktor

Editor

“Unibank” korporativ müştərilərin cəlb edilməsi üzrə menecer vəzifəsinə işçi axtarır.

Yenicag.Az-ın məlumatına görə, 24-35 yaşlarında ali təhsilli (İqtisadı, idarəetmə yönümlü təhsil arzu olunandır), birbaşa satış istiqamətində 3 ildən az olmamaq şərti ilə iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi mart ayının 9-dur.
Müqavilə şərtləri: Daimi

Başlıca öhdəliklər və məsuliyyətlər

• Korporativ müştərilərin Banka cəlb edilməsi ilə bağlı tədbirlər planının hazırlanması, həyata keçirilməsi və müştəri  bazasının inkişaf etdirilməsi;
• Bank məhsulları bazarının analizi, hazırki məhsulların təkmilləşdirilməsinə olan tələbin və əlavə bank  məhsullarının/xidmətlərinin tətbiqinə olan tələbatın aşkar edilməsi;
• Satış prosesini planlaşdırmaq, kommersiya təkliflərinin və prezentasiyaların hazırlanması, potensial korporativ  müştərilərlə ilkin əlaqənin axtarılması;
• İri korporativ müştərilərin cəlb olunması üzrə təqdimatların hazırlanması,bankdaxili treninglərin keçirilməsi və  kütləvi tədbirlərdə iştirak etmək;
• İri korporativ müştərilərin məmnunluq səviyyəsinin aşkar olunması və cəlb olunma keyfiyyətinin yaxşılaşdırılması  istiqamətində təkliflərin hazırlanması və həyata keçirilməsi.

Namizədin Profili

• Ali təhsil (İqtisadı, idarəetmə yönümlü təhsil arzu olunandır);
• Azərbaycan, İngilis və Rus dillərini bilmək və bu dillərdə sərbət yazışma aparmaq qabiliyyəti;
• Yaş: 24-35.
• Birbaşa satış istiqamətində 3 ildən az olmamaq şərti ilə iş təcrübəsi;
• Bank işi və iqtisadi nəzəriyyəni bilmək;
• Müştərilərlə iş təcrübəsi;
• Verilmiş materiallardan istifadə edərək təhlil etmək və işi yerinə yetirmək bacarığı;
• Danışıqlar aparmaq və problemləri həll etmək bacarığı;
• Microsoft Office-in əsas proqramlarında işləmək bacarığı (Word, Excell, Power Point, Outlook Express və s.);
• Korporativ davranış normaları ilə tanışlıq;
• Kollektivlə ünsiyyət qurmaq bacarığı;
• Ünsiyyətçil, əlaqələr yaratmaq bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini şəkil ilə cv@unibank.az elektron ünvanına göndərə bilərlər.
Müraciət edilən vəzifənin adı email-ın mövzu hissəsində (Korporativ müştərilərin cəlb edilməsi üzrə Menecer) göstərməlidir.

Yenicag.Az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır