Yazı İçi 468×60

“Unibank” risklərin idarə edilməsi departamentinin mütəxəssisi vəzifəsinə işçi axtarır.

Yenicag.Az-ın məlumatına görə, riyaziyyat, iqtisadiyyat və ya biznesin idarəedilməsi üzrə ali təhsilli, rus və ingilis dilləri üzrə yüksək bilikləri olan üzrə namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər.

Başlıca öhdəliklər və məsuliyyətlər

• Kredit, Bazar, Likvidlik risklərinin müəyyənləşdirilməsində iştirak etmək;
• Rİsklərin kəmiyyət və keyfiyyət qiymətləndirmələrini aparmaq;
• PD, LGD, VaR, ES hesablamalarını həyata keçirmək.
• Müxtəlif risk faktorları üzrə ssenari qiymətləndirmələri və həssaslıq testlərini aparmaq;
• Risk modellərini qurmaq və yeniləmək;
• Risk iştahasının qurulması proyektində iştirak etmək.

Namizədin Profili

• Riyaziyyat, İqtisadiyyat və ya Biznesin idarəedilməsi üzrə ali təhsil (xaricdə təhsil almış namizədlərə və ya FRM və PRM sertifikat imtahanlarından müvəffəqiyyətlə keçmiş namizədlərə üstünlük veriləcək);
• Yaş həddi 22 – 28;
• Rus və İngilis dilləri üzrə yüksək biliklər;
• Yüksək səviyyədə Microsoft office proqramları üzrə biliklər;
• Statistika və Ekonometrika sahələri üzrə biliklər;
• IT resurları üzrə biliklərə sahib olmaq arzuolunandır (SQL, VBA, statistik proqramlar);
• Analitik düşünmə və riyazi hesablama qabiliyyəti;
• Yeni nəzəri və praktiki bilikləri mənimsəmək qabiliyyəti.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini şəkil ilə cv@unibank.az elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində (Risklərin idarə edilməsi departamentinin Mütəxəssisi) göstərməyiniz xahiş olunur.

Yenicag.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 94
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."