UNİCEF-in regional təmsilçisi BAMF-ın ofisində olub

UNİCEF-in regional təmsilçisi BAMF-ın ofisində olub

Müəllif: Redaktor

Editor

67efd73e-65f3-464f-916e-3f912ad4e369Bu gün UNİCEF-in regional təmsilçisi cənab Asim Rehman BAMF-ın ofisində olub.

Qonağa BAMF-ın fəaliyyəti və hədəfləri haqqında məlumat verən fondun sədri Umud Mirzəyev bildirib ki, fond buna qədər UNİCEF-lə birgə, əməkdaşlıq çərçivəsində bir çox ciddi layihələrə imza atıb.Həmin layihələrdən biri də məhz Beynəlxalq Avrasiya Mətbuat Fondunun UNİCEF-in maliyyə dəstəyi, Gənclər və İdman Nazirliyinin iştirakı ilə Azərbaycanın ümumilikdə 21 rayonunda reallaşdırdığı “Azərbaycan Gənclərinə Dəstək Proqramı” dır. Bu layihə ümumilikdə 1500-dən çox gənci əhatə edərək, ölkənin bölgələrində qərarların qəbul olunmasında, ekologiya,fərdi inkişaf,işlə təmin olunma və pis vərdişlərə qarşı mübarizə sayəsində gənclərin lokal layihələr hazırlamasına böyük tövhə vermişdir. Bununla yanaşı fond sədri BAMF-ın Tərtər regional Peşə Mərkəzinin fəaliyyətindən, o cümlədən müharibədən zərər çəkmiş ərazilərdə fondun gördüyü işlər barəsində qonağı məlumatlandırmışdır.

Görüşdə gələcək əməkdaşlığın perspektiv imkanları da müzakirə olunub. Qeyd edək ki, müzakirələrdə UNİCEF-in Azərbaycan nümayəndəliyinin yeniyetmə və gənclərin inkişafı proqramının rəhbəri Aida Ailarova da iştirak edib.

BAMF-ın mətbuat xidməti

3-cü-sektor

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti