!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“United Culture in Azerbaijan” layihəsinə start veriləcək

!Reklam – Yazi

11855694_1049866295053243_4429193340258449362_nAzərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və “İrəli” İctimai Birliyinin təşkilatçı dəstəyi, Leyla Muradovanın təşkilatçılığı ilə həyata keçirilən “United Culture in Azerbaijan” layihəsinə start veriləcək.

“United Culture in Azerbaijan” – Bakı şəhərində təhsil alan yerli və əcnəbi tələbələri bir araya toplayan layihədir. 5 yerli və 25 əcnəbi gənci əhatə edəcəkdir.

Layihənin məqsədi: Azərbaycanda təhsil alan əcnəbi tələbələrə Azərbaycan həqiqətləri və müstəqil dövlətçilik ənənlərini ötürərək, dövlətlər arası milli-mədəni və tarixi irslər haqda bilikləri təbliğ etməkdir.
Layihə çərçivəsində tələbələr öz ölkələrinə uyğun olaraq qruplara bölünmələri, gənclərin öz ölkələrinə uyğun təqdimatlarını keçirməsi, ölkələrin tarixi, mədəniyyəti, beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verilməsi planlaşdırılır. Hər tədbir zamanı ölkəyə uyğun interaktiv müsabiqə və oyunların keçirilməsi planlaşdırılır, qalibləri simvolik hədiyyələrlə mükafatlandırmaq nəzərdə tutulur. Tədbirə uyğun reqlamentə: ölkələrin milli geyimləri, milli mətbəxi və milli rəqsləri və qruplara uyğun xüsusi əyləncələrin təşkil olunması planlaşdırılır. Layihə çərçivəsində Azərbaycanda təhsil alan xarici ölkələrin gənclərinə Azərbaycan həqiqətlərinin, milli-mədəni və tarixi irsinin təbliğ olunması nəzərdə tutulub.

www.yenicag.az

468
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv