610x380xs-248.jpg.pagespeed.ic.yyRoEmTRqEBakıda rektora qarşı müdhiş cinayət törədilib. Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin iş otağı qarət olunub.
Yenicag.az xəbər verir ki, criminal.az-a daxil olan eksklüziv məlumata görə, ötən gecə naməlum şəxslər rektorun otağına girərək 150 kiloqramlı seyfi oğurlayıblar. Seyfin içərisində 700 min manat məbləğində pul olub.
Məsələ ilə bağlı Nərimanov rayon Polis İdrəsindən tutarlı məlumat əldə etmək mümkün olmadı. Polis faktı nə təsdiq, nə təkzib etdi.
Əhməd Vəliyev Criminal.az-a ilk olaraq bildirdi ki, elə bir hadisə olmayıb. Onun sözlərinə görə, otağından heç bir oğurluq hadisəsi baş verməyib: “Mənim o qədər pulum hardandır. 700 min manatım olsa gedib gəzərdim”.
Daha sonra rektor əlavə etdi ki, belə bir hadisənin olmasından xəbərsizdir: “Hansısa cinayətin törədilməsi barədə məlumatım yoxdur. Burda deyildim, olubsa da xəbərzisəm. Amma elə bir hadisə olsaydı mənə xəbər verərdilər”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 7
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."