Universitetdə ölü sayı 21-ə çatdı – (Yenilənib)

Müəllif: Redaktor

Editor

133817_srcPakistanda terrorçular universitetə hücum edib.

Hadisə Çarsadda şəhərində yaşanıb.

İlkin məlumatlara görə, terrorçular auditoriya və yataqxanaya daxil olaraq atəş açıb. Onların üç nəfər olduğu bildirilir.

Hadisə nəticəsində azı bir nəfər ölüb, 6 nəfər yaralanıb.

Həmin universitetdə 3 minə yaxın tələbə təhsil alır.

Polis binada iki partlayışın olduğunu bildirir. Hadisə yerinə xilasedicilər və hərbçilər cəlb olunub.

***
10:46

Ən son yayılan məlumatlara görə hadisə nəticəsində ölənlərin sayı 15-ə çatıb.

***
12:40

Ən son məlumatlara görə, hadisə nəticəsində ölənlərin sayı 21-ə çatıb. Xeyli sayda insanın yaralandığı bildirilir. Hadisə yerində xilasedicilər və hərbçilər işləyir.(Azvision)


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir