Universitetə silahlı hücüm: ölənlər var

Müəllif: Redaktor

Editor

600@0Universitetdən və yaxınlıqda yerləşən ərazilərdən insanlar təxliyə edilib.
Los-Ancelesdə Kaliforniya universitetinin binasına silahlı şəxs hücum edib. ANS PRESS-in məlumatına görə, naməlum şəxs iki nəfəri güllələyib.

“Universitetində 40 min tələbə təhsil alır”

Hadisə yeri xüsusi təyinatlı dəstələr tərəfindən mühasirəyə alınıb. Universitetdən və yaxınlıqda yerləşən ərazilərdən insanlar təxliyə edilib. Kaliforniya universitetində 40 min tələbənin təhsil aldığı bildirilir.

Son anda Los-Anceles polisin başçısı Çarlz Bek silahlı şəxsin özünü öldürdüyünü bildirib. Hazırda onun şəxsiyəti araşdırılır. Hadisə yerində onun istifadə etdiyi silah tapılıb. Onun öldürdüyü iki nəfər kişinin adı açıqlanmır. Həmçinin silahlı şəxsin universitetdə işlədiyi və ya nə məqsədlə hücüm etdiyi də bəlli deyil.

Analoji hadisə bu il yanvar ayında Pakistanın Hayber-Pahtunhva əyalətinin Çarsadda şəhərindəki universitetində baş verib. Terror hücumu nəticəsində ölənlərin sayı 21 nəfər olub. Terror aktı nəticəsində 50-dən çox adam isə yaralanıb. Hücum zamanı universitetdə 3000 tələbə olub. Bəzi məlumatlara görə isə təhsil müəssisəsində 600 qonağın dəvət edildiyi poeziya müsabiqəsi də keçirilirmiş.

Ötən il Türkiyədə universitetlərin birində silahlı atışma baş verib. Atışma Mardin Artuklu Universitetində olub. Nəticədə 1 nəfər ölüb, 4 nəfər yaralanıb. Türk mətbuatının bildirdiyinə görə, universitet ərazisində sosial obyektlərlə bağlı tender keçiriləcəkmiş. Lakin tender başlamazdan əvvəl iştirak edən tərəflər arasında narazılıq yaranıb. Bu narazılıq bir müddət sonra silahlı atışmaya çevrilib.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır