!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Unun qiyməti 15-17 manat olmalıdır, 24 manat deyil”

!Reklam – Yazi

2016-01-13-18-16-39728Vahid Məhərrəmov: “Çörək və unun qiyməti məsələsində Gürcüstan və Türkiyə ilə paralellik aparmaq qüsurludur”

Prezident İlham Əliyevin tapşırığı əsasında taxıl və un idxalı, satışı və istehsalı üzərindən əlavə dəyər vergisi (ƏDV) götürüldükdən sonra 50 kiloqramlıq 1 kisə əla növ buğda ununun pərakəndə satış qiyməti ölkə ərazisində 23-24 manatadək enib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata əsasən, unun yeni qiymətləri qonşu ölkələrdəkindən xeyli aşağıdır. Onların bildirdiyinə görə,  Gürcüstanda 50 kiloqramlıq 1 kisə əla növ buğda ununun pərakəndə satış qiyməti 31-32 manat, Türkiyədə 30-33 manat arasındadır. Çörəyin qiymətinə gəlincə isə, Azərbaycanda hazırda əla növ buğda unundan bişiriimiş 500 qramlıq çörəyin pərakəndə satış qiyməti 30 qəpik təşkil edir. Əla növ buğda unundan bişirilmiş çörəyin 500 qramının pərakəndə satış qiyməti Gürcüstanda 50-70 qəpik, Türkiyədə 1.10-1.20 manat, Rusiyada 60-80 qəpik arasında dəyişir.

Yenicag.az-a açıqlamasında kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov sözügedən məsələ ilə bağlı belə paralellər aparmağın doğru olmadığını söylədi: “Ölkəmizdə və qonşu ölkələrdə un və çörəyin qiymətilə bağlı bu cür paralellər aparmaq yanlışdır. Hansı metodologiyaya uyğun olaraq müvafiq nazirlik belə müqayisələr aparıb? Bu gün Rusiyadan ölkəmizə idxal olunan buğda və unun qiyməti kifayət qədər aşağı səviyyədədir. İmkan verilsə, inhisarçılıq sərhəddə tamamilə götürülərsə, hətta ƏDV tətbiq etməklə belə ölkəyə Rusiyadan manatla 15-17 manata 50 kq unu gətirib bazarda istehlakçılara təqdim etmək olar. Ancaq bu gün həmin qiymətlər bir qədər aşağı salınsa da, yüksək olaraq qalır. Çörək və unun qiymətləri məsələsində Gürcüstan və Türkiyə ilə paralellik aparmaq da düzgün deyil, qüsurludur. Azərbaycana gətirilən buğda 4-cü sinif buğdaya aiddir. Gürcüstanda isə belə aşağı keyfiyyətli buğda idxalına hələ Saakaşvili dönəmində qadağa qoyuldu. 4-cü sinif buğda ilə 3-cü sinif buğda arasında təxminən 30-40 faizə qədər fərq var. Bunu sahəyə məsul olanlar anlamırsa, heç olmasa öyrənsinlər. Ona görə də sözügedən məhsullar üzrə aparılan müqayisələr qüsurludur. Ölkəmizə gətirilən buğdanın keyfiyyəti aşağı olduğundan əldə olunan unun da keyfiyyəti aşağıdır. Əslində ölkəmizdə keyfiyyətinə görə unun qiyməti 15-17 manat arasında olmalı idi. Reallıq bundan ibarətdir. Un və çörəyin qiyməti hələ də mövcud bazarın tələbinə uyğun gəlmir”.

ELÇİN

www.yenicag.az

618
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv