!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Unutdurulması istənilən 14 iyul Kərkük Soyqırımı

!Reklam – Yazi

kerkukkatliami114 İyul 1959-cu il tarixində Kərkükdə baş verən qətliam, İraq türkmənlərinin yaşadığı ən böyük faciələrdən biridir. Bu qırğında bir çox Türkmən qətlə yetrildi. 1959-cu il 24 iyul tarixində İraq rejiminin Kərkükdə 1000 nəfərdən çox türkməni qətlə yetirdiyi açıqlandı.

 Tarixə “Kərkük soyqırımı” olaraq keçən qanlı hadisə zamanı insanlığa zidd hallar yaşanmışdır. İraq Respublikasının birinci il dönümünü qeyd etmək üçün şəhər küçələrinə çıxan qadın-uşaq, qoca-gənc insanların üzərinə hücum edən komunist qaniçənlər öncə türkçüləri provokasiyaya çəkmək istəyib. Buna nail olmadıqda, dinc xalqa qarşı silahlı hücum təşkil edilib.
İraqın yerli hökuməti və komunistlər xalqa divan tutmaqla yanaşı, türkmənlərin önəmli şəxslərini bir-bir evlərindən toplayaraq, 3-5 dəqiqəlik məhkəmələrin ardınca güllələyiblər.
Minlərlə türkmən isə turançılıqda ittiham edilərək, zindana atılmışdır.
Qətliamda Molla Mustafa Bərzaniyə bağlı qruplar da aktiv şəkildə iştirak edib, İraq hökumətinin türkmən qətliamında iştirak ediblər.

www.yenicag.az

1461
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv