Uşaq oğrusu edam edildi

Müəllif: Redaktor

Editor

скачанные файлы (5)Çində 20-dən çox körpəni satmaqda təqsirləndirilən cinayətkar qrupun rəhbəri Tan Yunçji edam edilib.

O, bir qrup şəxslə əlbir olaraq uşaqların oğurlanması və satışı ilə bağlı biznes təşkil edib.

Körpələr ölkənin cənub-qərbində yerləşən Yunnan əyalətindən oğurlanaraq Çinin mərkəzi əyaləti olan Xenanda satılıb.

2008-ci ilin fevralından 2013-cü ilin aprelinə qədər 22 uşaq cinayətkar dəstənin qurbanına çevrilib.

Qrupun rəhbərinə ən yüksək cəza verilib, onun bütün əmlakı da müsadirə edilib.

Qrupun digər üzləri isə müxtəlif müddətə həbs cəzasına məhkum olunublar.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir