Ads by Google

hightechnic
Ads by Google

usaq25Hacıqabul rayonunda 42 yaşlı Nərgiz Nəcəfovanın intiharının bəzi təfərrüatları məlum olub.

Rayonun Qarasu kənd ərazisi üzrə icra nümayəndəsi Mehman Ağayev açıqlamasında N.Nəcəfovanın ehtiyac içərisində yaşadığını bildirib: “Nərgiz ailəli olub. Onun iki qızı, bir oğlu var. Həyat yoldaşı rəhmətə gedib. Ondan sonra ailənin bütün dolanışığı Nərgizin boynunda olub. Ailənin dolanaşıq yeri yox idi, özü də xəstə idi”.

M.Ağayev qeyd edib ki, N.Nəcəfovanın meyitini ipdən asılı vəziyyətdə ilk olaraq qızı görüb: “Uşaq gecə yuxudan ayılıb, baxıb ki, anası yoxdur. İkinci mərtəbədən düşəndə baxıb ki, pilləkənin altında ipdən özünü asıb. Anasını belə görən qız necə qışqırıbsa səsi hələ də kənd sakinlərinin qulağındadır”.

Qeyd edək ki, Hacıqabul rayonunda intihar hadisəsi baş verib. Rayonun Qarasu kənd sakini 1974-cü il təvəllüdlü Nəcəfova Nərgiz Fərəməz qızı bu gün səhər saatlarında yaşadığı evdə özünü asıb.

Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 66
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."