!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Uşaqbazlıqda günahlandırılan millimizin baş məşqçisi məhkəmədən qaçıb?

!Reklam – Yazi

“Peter Zayzenbaxer rəsmi olaraq, Azərbaycan cüdo üzrə milli komandasının baş məşqçisi deyil”.

Bunu Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinin rəhbəri Elnur Əşrəfoğlu deyib.

Yeniçağ.Az-a danışan qurum rəsmisi həmçinin milli komandanın sabiq baş məşqçisinin Avstriyada cinsi zorakılıqla bağlı davam edən məhkəmə prosesinin nəticəsi bəlli olduqdan sonra danışıqlar aparacaqlarını söyləyib:

“Bildiyiniz kimi onun məlum məsələ ilə bağlı məhkəmə prosesi davam edir. Zayzenbaxerlə müqaviləmizin rəsmiləşib-rəsmiləşməməsi həmin məhkəmənin qərarından sonra bilinəcək. Məndə olan məlumata görə, Peter Zeyzenbaxer bu məsələyə görə ölkəsinə yola düşüb. Hazırda federasiyadan heç kimin onunla əlaqəsi yoxdur”.

E.Əşrəfoğlu Peter Zeyznbaxerlə rəsmi müqavilənin olmadığını da vurğulayıb:

“Ümumiyyətlə, biz onunla ötən ilin oktyabr ayında anlaşmışdıq. Olimpiya oyunlarına çox az vaxt qaldığı üçün onunla müqaviləmiz rəsmi olmayıb. Yəni şərti olaraq anlaşmışdıq – Olimpiya Oyunları bitənə qədər…. Olimpiada da bitdi, nəticələrimiz də oldu.

Sadəcə, onunla bağlı belə bir cinayət işi var. Özü də bunu bildirmişdi, amma bütün ittihamları rədd edirdi, deyirdi ki, “bu mənə atılan şərdir, belə bir hadisə olmayıb””.

Elnur Əşrəfoğlu cüdoçularımızın hazırki durumundan da danışıb:

“Bildiyiniz kimi dekabrın 22-24-də Azərbaycan çempionatı baş tutacaq. Bu yarışdan sonra milli komandanın yeni heyəti tam müəyyənləşəcək. Yeni məşqçi ilə bağlı yaxın zamanda ətraflı məlumat veriləcək.

Kifayət Qasımova bizim təcrübəli cüdoçularımızdan olub. Zülfiyyə Hüseynovadan sonra qadın cüdoçularımız arasında ən çox uğur qazanan məhz Kifayət Qasımovadır. Bir müddətdir ki, zədəlidir. Olimpiya Oyunlarından öncə çalışdı ki, yarışlarda iştirak etsin, amma zədəsi imkan vermədi. Karyerasını davam etdirib-etdirməyəcəyi ilə bağlı hələ dəqiq məlumatım yoxdur”.

Qeyd edək ki, Peter Zayzenbaxer azyaşlı qızlara qarşı cinsi zorakılıqda ittiham olunur. Hazırda baş məşqçinin məhkəmə prosesi davam edir. Ötən gün Avstriya mətbuatı Zayzenbaxerin məhkəmədən yayındığını, hətta vəkilinin belə onu tapa bilmədiyini yazıb.

Aygün İlqarqızı
Yenicağ.Az

www.yenicag.az

416
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv