Üzən məzənnəyə müdaxilə nə zaman ola bilər?

Üzən məzənnəyə müdaxilə nə zaman ola bilər?

Müəllif: Redaktor

Baş Redaktor

merkeziMərkəzi Bankın İdarə Heyəti 2015-ci ilin 21 dekabrında üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib.

Lakin bir neçə gün öncə Mərkəzi Bankın sədri Elman Rüstəmov jurnalistlərə açıqlamasında 2017-ci ildən etibarən tam üzən məzənnəyə keçid olacağını bəyan etdi. Belə olduğu halda üzən məzənnəyə müdaxilə etmək mümkündürmü?

Məsələ ilə bağlı Yeniçağ.Az-a münasibət bildirən hüquqşünas Əkrəm Həsənovun fikrincə, bu gün bizdə banklar valyuta satışını Mərkəzi Bankın müəyyən etdiyi məzənnədən yalnız 4 faiz fərqlə həyata keçirə bilər.

Əkrəm Həsənov ile ilgili görsel sonucu“Bu, artıq üzən məzənnə deyil. Yəni, hazırda valyutanın qiymətini bazar müəyyənləşdirmir, Mərkəzi Bank məhdudiyyət qoyub. Burada iki əsas məsələ var. Bunlardan birincisi, Mərkəzi Bank valyutanın məzənnəsini elan edir və banklar üçün də çərçivə müəyyənləşdirilir. Burada məhdudiyyətlər var, amma Mərkəzi Bankın vəzifəsidir ki, bankların tələbatı qədər valyuta satsın. İkinci variant da odur ki, üzən məzənnəyə uyğun olaraq banklar özlərinin müəyyən etdiyi məzənnə ilə valyuta satışı həyata keçirir. Mərkəzi Bank da sərbəst şəkildə valyuta alqı-satqısını edir. Məsələ ondadır ki, son bir ildə nə birinci, nə də ikinci variant olmayıb. Əgər üzən məzənnəyə keçmişiksə, banklara heç bir məhdudiyyət qoyulmalı deyil, onlar istənilən məzənnə ilə valyuta alqı-satqısı etməlidirlər. Belə məqamda bazara nəzarəti həyata keçirən Mərkəzi Bank istənilən halda müdaxilə edə bilər. Təbii ki, ilk dövrdə manat çox kəskin şəkildə enəcək. Amma müəyyən vaxt keçdikdən sonra manatın qiyməti qalxacaq”.

BƏXTİYAR
Yeniçağ.Az

İqtisadiyyat, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti