yenicag.az
yenicag.az

Üzünün yarısını pələng yedi – Fotolar

Üzünün yarısını pələng yedi – Fotolar

Müəllif: Redaktor

Editor

yuzunun-yarisini-kaplan-yiyen-o-adam-7517954Yenicag.az xəbər verir ki, Bangladeşdə yaşayan Hashmot Əli 20 il əvvəl pələng hücumuna məruz qalıb. Bu səbəbdən o, üzünün yarısını itirib. Bu vaxta qədər həyatı olduqca çətin keçsə də,xarici  görünüşü onu narahat etmirdi. Lakin, Ali artıq kiçik qızı üçün əməliyyat olmaq istəyir. Səbəbi isə qızı ilə gələcəkdə heç kimin evlənməməsindən qorxmasıdır…

Banqladeşdə məşhur peşələrdən biri balıqçılıqdı… Ancaq onların işi bildiyimiz balıqçılardan bir az daha çətindir. Çünki tropik meşələrin olduğu vəhşi təbiətdə ovlanmaq məcburiyyətindədirlər. Hashmot Əli də onlardan biridir.

20 il əvvəl böyük bir balıqçı gəmisi ilə ova çıxdıqları zaman Əli faciə ilə üzləşib. Yorucu bir günün ardından gəmidə yatarkən gecə bir pələng Əliyə hücum edib və üzünün yarısını qoparıb. Dostları tərəfindən dərhal xəstəxanaya çatdırılan Hashmotun üzü üçün həkimlərin edə biləcəyi bir şey yox idi. Yalnız qanaxmanı dayandırıb üzünü bandajlaya biliblər.

Aradan illər keçdi Əli evləndi və bir qız uşağı dünyaya gəldi. 40 yaşındakı Hashmot Ali artıq əməliyyat olmaq istəyir. Bu istəyinin tək səbəbi isə kiçik qızıdır. Cəmiyyət tərəfindən qəbul edilməyən Əli qızının irəlidə atasına görə yaxşı bir evlilik həyatının olmamasından ehtiyyat edir. Plastik əməliyyatlar üçün maddi imkanı olmayan gənc ata ona dəstək ola biləcək şəxsləri axtarır.

O, balıqçılıqla məşğul olmağa davam etdirir. Yalnız qəzanın yaşandığı meşəlik bölgəyə getmir.

Banner, Maraqlı, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti