Yazı İçi 468×60

643kt4i2y6mqRusiyanın “Lukoyl” şirkətinin prezidenti, azərbaycanlı milyarder Vahid Ələkbərov Rusiya və Türkiyə arasında yaşanan gərginliyə baxmayaraq İstanbulda otel alıb.

Bu barədə AzVision.az “Sabah” qəzetinə istinadən xəbər verir.

Nəşr Ələkbərovun prezident Putinin yaxın adamı olduğunu, lakin buna baxmayaraq Rusiyanın bu yaxınlarda Türkiyəyə qarşı sanksiyaları tanımadığını xüsusilə vurğulayır.

Qeyd edək ki, Ələkbərovun aldığı “Edition Hotel” İstanbulun prestijli rayonu hesab edilən Leventdə yerləşir və daha öncə `Palmali` şirkətlər qrupunun prezidenti, azərbaycanlı milyarder Mübariz Mənsimova məxsus olub. Ələkbərov və Mənsimov arasında əldə olunan razılaşmanın məbləği açıqlanmır.

Nəşr qeyd edir ki, “Lukoyl” prezidenti daha əvvəl Mənsimovun “Bodrum” da yerləşən “Palmarina Hotel”-də alıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 97
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."