!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vahid sürücü bazası yaradılacaq – BNA

!Reklam – Yazi

avtobusvahidSon vaxtlar Bakının avtobus sürücülərinin qəza törətmə halları artıb. Baş verən qəzalar isə sərnişinlərin yaralanmasına, bir çox hallarında isə ölümünə səbəb olur. Görəsən bu cür qəzaların baş verməməsi üçün hansı tədbirləri görmək lazımdır?

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Yenicag.az-a danışarkən deyib ki, bu məsələ bizi də hər zaman narahat edir:

“Bunun əsas səbəbi bir tərəfdən avtobusların böyük əksəriyyətinin texniki baxımdan qoyulan tələblərə cavab verməməsi, bir də sərnişin avtobuslarında sükan arxasında peşəkar sürücülərin olmamasıdır. Bakı Nəqliyyat Agentliyində bu kimi xoşagəlməz halların minimuma endirilməsi üçün kompleks tədbirlər nəzərdə tutulub və 2017-ci ildən bu istiqamətdə konkret addımlar atılacaq”.

İlk olaraq vahid sürücü bazasının yaradılmasını nəzərdə tuturuq:

“Bu baza yaradıldıqdan sonra şirkət işə sürücü götürməkdən məhrum ediləcək. Onlara sürücülər bu bazadan təklif ediləcək. Bazaya daxil olmaq üçün isə sürücülər Bakıda ən müasir avadanlıqlarla təchiz edilən “Sürücü Təlim Mərkəzi”ndə təlimdən keçib, sertifikat almalıdır. Vahid sürücü bazasında bütün sürücülərlə bağlı ətraflı məlumat olacaq: onların peşəkarlıq səviyyəsi, əmək kitabçası və s… Bununla da bir şirkətdə qayda pozuntusuna görə işdən azad edilən sürücünü daha sonra başqa daşıyıcı da işə götürə bilməz”.

Gülnarə Eynullaqızı
Yenicag.az

www.yenicag.az

459
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv